Ülfət Ələkbər oğlu Kərimova Milli Qəhrəman adı verilsin

Ülfət Ələkbər oğlu Kərimova Milli Qəhrəman adı verilsin

Başlama tarihi:
27 Mart 2021
Muhatap:
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev
İmzalar: 1.202Sonraki Hedef: 1.500
Hemen destekle

Bu kampanya neden önemli?

Başlatan: Aziz Ganbarov

Ülfət Kərimov Birinci Qarabağ Müharibəsi zamanı, 1992-ci ilin sentyabrında təhsilini yarımçıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanmışdır. Kəşfiyatçı Ülfət Kərimov Kəlbəcər rayon Ağdaban kəndi uğrunda gedən döyüşlərdə - Dədə Şəmşirin məzarının yaxınlığında, təkcə son döyüşündə Erməni Silahlı Qüvvələrinin 2 tank, 1 BMP və 1 Uralını məhv etmişdir.

Ülfət Kərimov haqqında birinci motoatıcı briqadanın komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir:

" Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərnin Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. "

2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Horçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan (120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.

1992-ci ilin 23 noyabrında, hərbi hissə komandirinin, hərbi hissənin zabitlərinin verdikləri təqdimata əsaslanan N saylı hərbi hissəsinin komandiri polkovnik-leytenant Cəfərov Azərbaycan Respublikasının müdafiəsində göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrini nəzərə alaraq Ülfət Ələkbər oğlu Kərimovun Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunmasını təklif edib. 

Lakin hələ də O, layiq olduğu adı ala bilməmişdir. Ona görə də cənab Prezident, Sizdən xahiş edirik ki, Ülfət Ələkbər oğlu Kərimova Milli Qəhrəman adının verilməsi üçün sərəncam imzalayasınız. 

Ülfət Kərimov haqqında məlumat bu linkdə: https://az.wikipedia.org/wiki/%C3%9Clf%C9%99t_K%C9%99rimov

Hemen destekle
İmzalar: 1.202Sonraki Hedef: 1.500
Hemen destekle
Kampanyayı paylaşmak için bu QR kodunu da kullanabilirsin.QR Kodu İndir

Karar Vericiler

  • Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev