'AGBank Ailəsinə' Dəstək Olaq!

'AGBank Ailəsinə' Dəstək Olaq!

Başlama tarihi:
1 Mayıs 2020
Kampanya Kapatıldı
Bu kampanya 3.708 destekçiye ulaştı

Bu kampanya neden önemli?

Başlatan: AGBank ASC

Çox hörmətli Cənab Prezident İlham Əliyev və Çox hörmətli Birinci Vitse Prezident Mehriban xanım Əliyeva! 

Bilirik ki, çox gərgin qrafikdə işləyir, Azərbaycanımıza çox böyük töhvələr verməkdəsiniz. Belə bir şəraitdə Sizi narahat etmək məcburiyyətində qaldığımız üçün çox təəssüflənir və bizi anlayışla qarşılayacağınıza səmimi qəlbdən inanırıq.

Sizə müraciətimizin səbəbi, “AGBank” ASC-nin fəaliyyətində yaranmış çətinliklə bağlıdır. Sizin dəstəyinizi əsirgəməyəcəyinizə ümid edirik.
1992-ci ildən fəaliyyət göstərən “AGBank” ASC hər zaman Azərbaycan Respublikasının siyasətini dəstəkləmiş və hər zaman Sizin qayğınızı hiss etmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, mövcud rəhbərlik altında fəaliyyətimizi davam etdirmək üçün Sizdən köməklik istəyirik. “AGBank” ASC böyük bir ailədir, yüzlərlə bankımızın əməkdaşları ailələri ilə birlikdə qazanc yerinin itirilməsi təhlükəsi ilə üzləşmişdir. Demək olar ki, bütün əməkdaşlar, ipoteka krediti xətti ilə ev sahibi olmuşdur, aldıqları əmək haqqı ilə ailələrin gündəlik tələbatlarını ödəməklə yanaşı eyni zamanda həmin kreditlərin ödənişini də həyata keçirirlər. “AGBank” ASC-nin fəaliyyətinin dayandırılması əməkdaşların hər birinin iş yerlərini itirməkləri ilə  yanaşı eyni zamanda evsiz qalmaqları deməkdir. Bankın 30 000-dək müştərisi öz maaşlarını kart hesablarından çıxara bilmirlər. Bankın partnyorlarının hesablarındakı vəsaitlər dondurulub, onlar işçilərinin maaşlarını, dövlət ödənişlərini ödəyə bilmirlər. Bunların başlıca səbəbi Mərkəzi Bankın təyin etdiyi müvəqqəti inzibatçının bütün əməliyyatları dondurmasıdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bankın kassasında və müxbir hesablarında kifayət qədər məbləğ var idi, lakin kassaları sıfırlaşdırdıqdan və bankomatları bloklaşdırdıqdan sonra bunlar baş verdi. Hazırda xeyli insan əziyyət çəkir. Bu məsələyə xahiş edirik diqqət yetirəsiniz.

Dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Cənab Prezidentin verdiyi qərarlar “AGBank” ASC-nin bütün əməkdaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndiririk.

Hörmətli Mehriban xanım Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda “AGBank” ASC ailəsinə ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz və vitse-prezidentimiz var. Bunları dərk edərək yaranmış vəziyyətlə mübarizədə Sizin dəstəyinizin çox vacib olduğunu hamımız dərk edirik və bizə dəstək olmağınızı Sizdən xahiş edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva  sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Biz Sizə ürəkdən heyranıq və Sizin liderlik qabiliyyətinizə hörmət edirik.

Kampanya Kapatıldı

Bu kampanya 3.708 destekçiye ulaştı

Bu kampanyayı paylaş

Kampanyayı paylaşmak için bu QR kodunu da kullanabilirsin.QR Kodu İndir

Karar Vericiler