COVID pasportlar ləğv edilsin!

COVID pasportlar ləğv edilsin!

Başlama tarihi:
27 Temmuz 2021
İmzalar: 2.369Sonraki Hedef: 2.500
Hemen destekle

Bu kampanya neden önemli?

Başlatan: Ilyas Akhundzada

Hörmətli cənab Prezident

Ölkəmizdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya, Sizin və dövlətimizin diğər məsul şəxslərinin dəfələrcə vurguladığı kimi könüllü olaraq aparılmalıdır. Lakin Nazirlər Kabinetinin bu mövzuda apardığı işlər və qəbul etdiyi qərarlar Sizin sözlərinizə, ölkəmizin bir çox qanununa, və Azərbaycanın öhdəlik aldığı beynalxalq qurumların qanunlarına zidd olub vətandaşların haqqlarını ciddi şəkildə pozaraq məhdudlaşdırır.

Nazirlər Kabinetinin ardıcıl olaraq qəbul etdiyi qərarlar, o cümlədən “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qəbul etdiyi son qərar bir çox pozuntuya yol açır:

1) Demək olar ki bütün sferalardaki əməkdaşların 80%-nın klinik tətqiqatları bitməmiş və beləliklə klinik sınaq xarakteri daşıyan vaksin ilə peyvənd olunma tələbi heç bir elmi əsasa söykənməyib işçiləri icbari şəkildə peyvəndlənməyə məcbur edir. Bu isə aşağıdaki qanun və aktlara ziddir:

a) Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”daki könüllülük prinsipi,

b) #Azərbaycan #Respublikasının Konstitusiyasına (maddə 46 bənd 3)

c) Dünya Tibb Birliyi tərəfindən Helsinki Bəyannaməsini (16-cı bənd),

d) Art 1., Art 8, Art 9 1947-ci il Nürnberg 3kodu,

e) İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında ETS N 005 Konvensiyası (maddə 18 Hüquqlara dair məhdudiyyətlərin istifadəsinə dair məhdudiyyətlər),

f) Əhalinin Sağlamlığın qorunması haqqında qanun ( maddə 24 Pasientin hüquqları və maddə 27 Tibbi müdaxilədən imtina edilməsi),

g) Sənət 6, 2005 YUNESKO-nun Biyoetik və İnsan Hüquqlarına dair Bəyanatı (maddə 6)

h) Azərbaycan Respublikasının Sanitariya epidemioloqiya haqqında qanunu (maddə 5 və 6)

i) AŞPA-nın məcburi vaksinasiyaya qarşı çıxartdığı 2361 saylı qətnamənin 7.3.1 və 7.3.2 bəndi

2) Təhsil alan vətandaşlardan COVİD 19 passport tələbi Azərbaycan Respublikasının Konstitusiyası ilə (maddə 42) verilmiş təhsil alma hüququnu məhdudlaşdırır.

3) Peyvənd olunmamış vətandaşların ticarət mərkəzləri, restoranlar və mehmanhanalara qirmə qadağası “Sanitariya epidemioloqiya haqqında qanununun” 6-ci maddəsini və Azərbaycan Respublikasının Konstitusiyasını (maddə 25) pozur.

Hörmətli Cənab prezident, KÖNÜLLÜ elan etdiyiniz və hələ də klinik sınaq xarakteri daşıyan, lakin Nazirlər Kabineti tərəfindən məcburi hala gətirilən COVİD 19 əleyhinə vaksinasiyanı müvafiq sərəncamınız ilə KÖNÜLLÜ hala qaytarmanızı, COVİD pasport məcburiyyətini ləğv etmənizi və beləliklə Konstitusiya və diğər qanunlarla təyin olunmuş haqqlarımızı bizə qaytarmanızı xahiş edirik.

 

Hemen destekle
İmzalar: 2.369Sonraki Hedef: 2.500
Hemen destekle
Kampanyayı paylaşmak için bu QR kodunu da kullanabilirsin.QR Kodu İndir