Tofiq Yaqublunu azad et

Tofiq Yaqublunu azad et

Başlama tarihi:
3 Eylül 2020
Muhatap:
Vicdanı olan şəxslərə
İmzalar: 6.836Sonraki Hedef: 7.500
Hemen destekle

Bu kampanya neden önemli?

Başlatan: Public Initiatives Center (PIC)

22 mart 2020-ci il tarixində, günorta saat 15 radələrində Qarabağ qazisi, ictimai-siyasi fəal, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu  paytaxtın Nizami rayon ərazisində  idarə etdiyi "Toyota Corolla" markalı avtomobilinin  Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşmasından sonra guya  mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı "yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi" adı ilə şərlənərək tutulub. 

 Tofiq Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də “Facebook” səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı. "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.

23 mart 2020-ci il tarixində  Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Yerli insan haqları müdafiəçiləri bildirirlər ki, Tofiq Yaqublunun həbs siyasi sifarişlidir və  dövlət başçısı İlham Əliyevin 19 mart tarixli çıxışından sonra onun həbsi təsadüfi deyil,  bu həbs birbaşa ölkə prezidentinin göstərişi ilə həyata keçirilib.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Qapalı keçirilən məhkəmədə, müdafiə haqqı tanınmayan  Tofiq Yaqubluya hökm oxunub. O, 4 il 3 ay müddətində azadlıqdan mərhum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan bir gün əvvəl Tofiq  Yaqublu ölüm aclıq aksiyasına başlayıb və onu dayandırmayacağını bəyan edib.

Biz, bu müraciəti imzalamaqla Azərbaycanda və dünyanın başqa ölkələrində yaşayan vicdanlı şəxsləri Tofiq Yaqublunun haqq etdiyi azadlığının əldə olunmasına dəstək verməyə çağırırıq.  

Hemen destekle
İmzalar: 6.836Sonraki Hedef: 7.500
Hemen destekle
Kampanyayı paylaşmak için bu QR kodunu da kullanabilirsin.QR Kodu İndir

Karar Vericiler

  • Vicdanı olan şəxslərə