Eldar Həsənov üçün Kəlbəcər Gənclərindən Azərbaycan Prezidentinə Müraciət

Eldar Həsənov üçün Kəlbəcər Gənclərindən Azərbaycan Prezidentinə Müraciət

Started
March 11, 2021
Petition to
Azərbaycan Prezidenti İlham Əliyev
Signatures: 352Next Goal: 500
Support now

Why this petition matters

Hörmətli Cənab Prezident,

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri, hüquq elmləri doktoru, professor Eldar Həsənovun səhhətindəki ağırlaşmaya baxmayaraq həbsdə saxlanılması Kəlbəcər gənclərində dərin narahatlıq doğurur. Daim ölkəmizin milli maraqlarına xidmət etmiş və dövlətimizi Balkan ölkələrində ləyaqətlə təmsil etmiş sabiq səfirimizin əsassız ittihamlarla azadlığının məhdudlaşdırılması hüququn aliliyinə inanan Kəlbəcər gənclərinin vicdanını dərindən yaralayır.

Təəssüf hissi ilə bildiririk ki, Eldar Həsənovun həm diplomat, həm də alim kimi uğurlu fəaliyyəti, ölkəmizdə bəzi vəzifəli şəxslərin qısqanclığı ucbatından, onun haqqında böhtan xarakterli iddiaların yayılmasına səbəb olmuşdur. Sifarişlə yazılan xəbərlərdə gah Eldar Həsənovun Baş nazir/vitse-prezident olmaq istədiyi, gah da müxalifəti maliyyələşdirdiyi iddia olunurdu. Əminliklə bildiririk ki, bu iddiaların heç bir əsası yoxdur. Eldar Həsənov dövlətçiliyə və Azərbaycan Prezidentinə hər zaman sadiq olub. Sabiq səfirin məhsuldar fəaliyyəti nəticəsində Azərbaycanla Balkan ölkələri arasında möhkəm dostluq, strateji müttəfiqlik əlaqələri yaranıb. Eldar müəllim daim Kəlbəcər gənclərini Azərbaycan Prezidentinin ətrafında sıx birləşməyə və nümunəvi vətəndaş olmağa çağırıb. 

Sizdən, Azərbaycanın görkəmli dövlət xadimi, Kəlbəcərin ziyalısı, professor Eldar Həsənovun tam təşəkküllü xəstəxanada müalicəsinə köməklik etməyinizi xahiş edirik. Sizin, humanist dəyərlərin daşıyıcısı kimi, Kəlbəcər gənclərinin müraciətini cavabsız qoymayacağınıza inanırıq.

Support now
Signatures: 352Next Goal: 500
Support now
Share this petition in person or use the QR code for your own material.Download QR Code

Decision Makers

  • İlham ƏliyevAzərbaycan Prezidenti