Hər kəsə 250 manat neft pulu verilsin!

Hər kəsə 250 manat neft pulu verilsin!

Başlama tarihi:
26 Nisan 2020
Muhatap:
İctimai Təşəbbüslər Mərkəzi
İmzalar: 2.458Sonraki Hedef: 2.500
Hemen destekle

Bu kampanya neden önemli?

Başlatan: Gubad Ibadoghlu

Dəyərli Azərbaycan vətəndaşları,

Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da əhali qlobal pandemiya ilə əlaqəli olaraq çətin günlərini yaşayır. Mövcud karantin rejimində ölkə əhalisini  böyük əksəriyyətinin  gündəlik ərzaq malları və zəruri ehtiyaclarını ödəmək üçün maddi dəstəyə ehtiyac vardır.  Dünya praktikası göstərir ki, hazırkı situasiyada ən düzgün dəstək forması birbaşa nağd ödənişlərdir. Biz hər kəsə 250 manat neft pulu verin kampaniyasına qoşulanlar, bu müraciəti imzalayaraq aşağıdakıları bildiririk. 

1 aprel 2020-ci il tarixinə  Dövlət Neft Fondunun malik olduğu  70,2 milyard manatlıq aktivlərinin 3,5 faizinin (2,5 milyard manatının) əhali arasında bərabər bölüşdürülsün.  Bu halda hər kəsə 250 manat və orta ölçülü ailəyə isə 1000 manat vəsait çatar ki, bu da karantin rejimində ehtiyacı olan ölkə əhalisinin zəruri maddi tələbatlarının qarşılanmasında əhəmiyyətli rol oynaya bilər.  Müraciətimizi aşağıdakı arqumentlərlər əsaslandırırıq.
1.Sosial arqumentlər:
1.1.) Müstəqilliyin bərpasından ötən 28 ildə Azərbaycan xalqının maddi və mənəvi dəstəyə ehtiyacı heç vaxt bu qədər çox olmayıb.
1.2.) İşsizlər üçün nəzərdə tutulan birdəfəlik 190 manat məbləğində yardım dəstəyi effektli olmadı, çünki aşırı məhdudlaşdırıcı normalar və idarəçilikdə problemlər bu yardımı ehtiyacı olanlara çatdırmağa imkan vermədi. Şəffaflıq və hesabatlığın olmaması açıqlanan rəqəmlərə pambıq pripiskasından da betər şübhələr doğurdu.
1.3.) Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4 nəfər olduğuna görə bu yardım hər bir ailəyə 1000 manat çatdırılmasını təmin edəcək və hazırkı pandemiya dövründə ehtiyacı olan ailələr üçün əhəmiyyətli yardım effekti verəcək.
1.4.) Hər kəsə 250 manatın birbaşa çatdırılması korrupsiya potensialını minimumlaşdıracaq.
1.5.) Hər ailəyə dövlət neft fondundan vəsait ayrılması hər bir vətəndaşa hiss etdirəcək ki, ona da neft və qaz gəlirlərindən pay düşüb və onlar da özünü neft-qaz sərvətlərinin sahibi kimi hiss edəcək.

2. İqtisadi arqumentlər:
2.1.) Böhrandan çıxış konsepsiyalarına görə bir çox ölkələr təbii resurslardan gələn gəlirlərin tənəzzül dövründə daha çox xərcləyirlər ki, iqtisadiyyatda məcmu tələb və təklif arasında tarazlığı qoruya bilsinlər. Məsələn, Qazaxıstanda 2011-ci ildən qüvvədə olan fiskal qaydaya görə hər il orta hesabla Fonddan büdcəyə 8 milyard dollar köçürülməlidir. Qaydalara görə, hökümət bu məbləği iqtisadi tənəzzül dövründə 15 faizə qədər artıra (8 mlrd.+15 faiz), iqtisadi artım dövründə isə 15 faizə qədər azalda (8 mlrd.-15 faiz) bilər. Göründüyü kimi, iqtisadi konsepsiya görə neft pulları tənəzzün dövründə çox, artım dövründə az xərclənməlidir.
2.2.) Adambaşına ödəniləcək 250 manatın dərhal istehlaka yönələcəyini nəzərə alsaq onun xərclənməsi zamanı hesablanan dolayı vergilər (ƏDV və aksiz vergiləri) hesabına büdcəyə əlavə daxilolmalar baş verəcək ki, bü da hazırkı böhranlı dövrdə büdcə gəlirlərinin artımına gətirib çıxaracaq. Hesablamalar göstərir ki, bu halda ayılacaq 2,5 milyard manatın 20 faizə qədəri, 500 milyon manatı büdcəyə və sosial müdafiə fonduna ödəmələr kimi geri qayıdacaq.
2.3.) Tədavülə 2,5 milyard manat əlavə vəsaitin çıxması vasitəsilə fiskal ekspansiya siyasətini genişləndirəcək, onun ticarət və xidmət sektorunda xərclənməsi ölkədə məcmu tələbi artırmaqla istehsalçıların və idxalatçıların fəaliyyətini stimullaşdırmaqla, böhrandan çıxışa müsbət impuls verəcək.
2.4.) Dövlət Neft Fondunun əlavə 1,5 milyard dolları valyuta bazarı vasitəsilə 2,5 milyard manata çevirməsi milli valyutanın mövqeyini möhkəmləndirəcək.
2.5.) Dünya maliyyə bazarlarında səhmlərin və digər aktivlərin itkisini çoxaldığı indiki şəraitdə Fondun aktivlərinin bir hissəsinin geri çəkilərək bu məqsədlə istifadəsi həmin məbləğdə aktivlərin dəyərsizləşmə riskini aşağı salacaq.
Nəhayət, bu müqəddəs Ramazan ayında dövlətin əhalisinə ən yaxşı hədiyyəsi olardı.

Hemen destekle
İmzalar: 2.458Sonraki Hedef: 2.500
Hemen destekle
Kampanyayı paylaşmak için bu QR kodunu da kullanabilirsin.QR Kodu İndir

Karar Vericiler

  • İctimai Təşəbbüslər Mərkəzi